SAĞLAMLIQ

Alimlər depressiyaya qarşı lampa hazırlayıblar

  • 18 Aug 2017
  • 291 baxış

Tomsk İdarəetmə Sistemləri və Radioelektronika Universitetinin tədqiqatçıları insanlara depressiya vəziyyətindən çıxmağa kömək edən lampa hazırlayıblar.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, bu cihaz depressiyanın öhdəsindən gəlməyə imkan verməklə yanaşı, insanın iş qabiliyyətini hiss olunacaq dərəcədə artırır. Xüsusi lampa gözün torlu qişası vasitəsilə insanlar tərəfindən qəbul edilən və beyinin ritmlərini stimullaşdıran parıltı yaradır. Alfa-ritmlər (8-14 Hs) emosional vəziyyəti, beta (14-40 Hs) ritmlər isə iş qabiliyyətini normallaşdırır. Beyinin uğurlu stimulyasiyası üçün seans təxminən on dəqiqə davam edir. Cihaz öz təyinatı üzrə istifadə olunmursa, o, adi işıqlandırma lampası kimi xidmət edə bilər.

Hazırda cihazın sınaqları keçirilir, adi işıqlandırma və gün işığının cihazın işinə mane olub-olmadığı araşdırılır. Layihənin bir il ərzində yekunlaşdırılması və satışa çıxarılması planlaşdırılır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO