Dünya

Jirinovskinin Qafqazda doğma oğlu yaşayırmış - FOTO

  • 18 Aug 2017
  • 250 baxış

Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski ilk dəfə olaraq 31 yaşlı Oleq Eydelşteynin doğma atası olduğunu etiraf edib.

XalqTV.com virtualaz.org-a istinadən xəbər verir ki, RLDP-nin başçısının kəbindən kənar oğlu Şimali Osetiyada yaşayır və atasının partiyasının bu regiondan parlament seçkilərində partiya siyahısında birinci sıradadır.

Qeyd olunur ki, Oleq babasının - Jirinovskinin atası Volf Eydelşteynin soyadını daşıyır. Lakin çoxları onu anasının soyadı ilə Qazdarov kimi tanıyır.

/>

Xatırladaq ki, Vladimir Jirinovskinin böyük oğlu İqor Lebedev Rusiya Dövlət Dumasının sədr müavinidir.

Vladimir Jirinovski kəbindən kənar anadan olmuş oğlu Oleqin anası - Janna Qadzarova ilə Kubada tanış olub. Bir illik məhəbbət macərasından Oleq anadan olub. Hazırda Oleq Eydelşteynin uğurlu iş adamı olduğu, bir neçə iri şirkətə rəhbərlik etdiyi qeyd olunur.

Daha bir kiçik qeyd: 2011-ci ildə oğlu Oleqin dəbdəbəli toy mərasiminə sponsorluq etsə də, Vladimir Jirinovski həmin gün Şimali Osetiyaya gəlməyib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR