Dünya

Barselonada terrorçuların hamısı öldürülüb

  • 19 Aug 2017
  • 243 baxış

İspaniyada terror aktları ilə bağlı axtarışda olan 4 nəfər öldürülüb.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, öldürülənlərin Yunes Abuyaqub, Musa Oukabir, Said Aallaa və Məhəmməd Hiçami olduqları bildirilir.

Məlumata əsasən, bundan əlavə terror aktları ilə bağlı 3 Mərakeşli və 1 Meliliyalı saxlanılıb.

Qeyd edək ki, avqustun 17-si axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb. Bundan bir neçə saat sonra Barselonadan 120 kilometr aralıda yerləşən Kambrilsedə daha bir terrorçu furqonu insanların üzərinə sürüb.

Terror aktları nəticəsində 15 nəfər ölüb, xəsarət alanların sayı 130 nəfərə çatıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR