idman

Millimizin rəqibində itki

  • 19 Aug 2017
  • 295 baxış

Norveç milli komandası Azərbaycan və Almaniya yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində futbolçu itkisi ilə üzləşib.

XalqTV.com-ın goal.az-a istinadən məlumatına görə, İngiltərənin "Hull City" klubunda forma geyinən Markus Henriksen 2 aylıq sıradan çıxıb.

O, Çempionşipin IV turunda "Vulverhempton"a 2:3 hesabı ilə uduzduqları ev oyununun ikinci hissəsində ayağından zədələnib. Həkimlər 25 yaşlı yarımmüdafiəçinin bərpa dövrünün 6 həftəyədək çəkəcəyini bildiriblər. Henriksen bu il ikinci dəfə xəsarət alıb. Orta sahə oyunçusu qışda yaşıl meydanlardan 3 ayadək kənarda qalmışdı.

Qeyd edək ki, Norveç millisi Azərbaycanla sentyabrın 1-də evdə, Almaniya ilə isə sentyabrın 4-də səfərdə üz-üzə gələcək. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-5986-millimizin-reqibinde-itki..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11