SAĞLAMLIQ

Qadınların dərdi - Solğunlaşmış dəri

  • 19 Aug 2017
  • 317 baxış

Dərinin qırışıb-solğunlaşması heç də qocalığın əlaməti deyil. Dəriyə qulluq edilməməsi, yorğunluq, stress, sinir sisteminin zəifləməsi, ümumi tonusun aşağı düşməsi, vitamin azlığı, irsi amillər dərinin solğunlaşmasına və vaxtından əvvəl qocalmasına səbəb ola bilir. Bəs nə etməli?
Solğun və qırışmış üz dərisinə sahib olan adamlar üzlərini gah isti, gah da soyuq su ilə yumalıdırlar. Quruladıqdan sonra üzə ya yumşaldıcı krem çəkilməli, ya da bitki dəmləmələriandən olan kompres qoyulmalıdır.
Solğun, qırışmış üzu yuyub yaş halda krem çəkilir. 40 dəqiqədən sonra kağız salfetlə kremin artığı silinir. Belə dəriyə ayda 2-3 dəfə kosmetik massaj məsləhət görülür.
XalqTV.com  immunitet.az-a istinadən bildirir ki, qırışmış üz dərisinə bitkilərdən hazırlanmış maskalar yaxşı təsir göstərir. Nanə, sürvə (şalfey), qızılgül ləçəkləri, şüyüd qarışımının dəmləməsini tənzifə hopdurub üzdə 20-30 dəqiqə saxlamaq üzün dərisində olan solğunluğu aradan qaldırır.
Meyvə-tərəvəzlərdən hazırlanmış maskalar bütün növ dəri üçün faydalıdır. Belə maskaları üzün dərisinə qoyduqda boyun nahiyyəsinə də qoymaq lazımdır. Albalı, limon, portağal, xiyar və pomidor qarışımından hazırlanan maskalar solğun dərini təravətləndirir, rəngini duruldur.
Bəzən üzə meyvə dilimləri qoymaq da öz müalicəvi faydasını göstərir.
Solğunlaşmış və quru dəriyə 1 çay qaşığı bal, 1 çay qaşığı yulaf unu və 1 yumurta ağından hazırlanmış maska yaxmaq xoşagəlməz əlamətləri aradan qaldırır.
1 yumurtanın sarısı, 2 çay qaşığı yulaf unu, 1 xörək qaşığı limon şirəsi, 2 xörək qaşığı zeytun yağından hazırlanmış qarışım qızdırılıb sıyıq şəklinə salınır. Soyuduqdan sonra üzə çəkilir 15-20 dəqiqə saxlanılır və salfetlə silinir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO