SAĞLAMLIQ

Əllərə qulluq

  • 19 Aug 2017
  • 366 baxış

İşlərimizin çoxunu əllərlə gördüyümüz üçün ən çox əllər çirk olur və tez-tez yuyulur. Əlləri tez-tez yuduqda, xüsusən də qış aylarında əlin dərisi quruyur və qabıq verir. Ona görə də əllərini tez-tez yuyan adamlar (həkimlər,ərzaq istehsalatında işləyənlər, bərbərlər) əllərini zərif uşaq sabunu ilə yumalıdırlar. Əllər qurulanandan sonra qliserinli kremlə kremlənməlidir. Eyni ölçüdə götürülmüş qliserin və naşatır spirti qarışımı da əllərin elastikliyinin bərpasında yardımçı olur.
XalqTV.com  immunitet.az-a istinadən bildirir ki, ev işlərində, istehsalatda əllər tez-tez çirklənirsə, əllərə ya qoruyucu krem çəkilməli, ya da əlcək geyinilməlidir.
Əllərdə irinli xəstəliklər əmələ gəlməsin deyə, əlləri yuduqdan sonra ilıq naşatır spirti məhluluna batırılmış pambıqla silmək lazımdır.
Əlləri kobudlaşmış və qabıq verən adamlar gecə vannaları qəbul eləməlidirlər. 2 litr ilıq suya 2 xörək qaşığı üzüm sirkəsi əlavə edib, əlləri 15 dəqiqə onun içində saxlamalıdırlar.
1,5 litr suya 1 xörək qaşığı qliserin, yarım çay qaşığı naşatır spirti qatıb əlləri 10 dəqiqə saxlamaqla kobudlaşmış dəridən xilas olmaq olar.
Tünd çay, şalfey, palıd dəmləməsi ilə əlləri vanna etmək dəriyə yaxşı təsir bağışlayır.
Tarlada işləyən qadınların əlləri kimyəvi dərmanların və bitkilərin təsirindən cadar-cadar olur və çatlayır. Bunun qarşısını almaq üçün 2 çay qaşığı kartof ununu, 1 stəkan suda bişirməli, 2 litr su ilə qarışdırmalı və ilıq halda vanna etmək lazımdır.
Əllərdə qabar əmələ gəlirsə, həftədə 2-3 dəfə ilıq sodalı su ilə vanna etmək lazımdır.
Əllərin dərisində olan kobudlaşmanı aradan qaldırmaq üçün səhər və axşam limon dilimi ilə əlləri sürtmək lazımdır. Bu dərini yumşaq və hamar edir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO