SAĞLAMLIQ

Hər gün bir alma yeyin...

  • 22 Aug 2017
  • 302 baxış

Alma insan ömrünü əhəmiyyətli dərəcədə uzadır. Avstraliyalı tədqiqatçılar apardıqları tədqiqatlar nəticəsində bu qərara gəliblər. Rus mətbuatının verdiyi məlumata görə, əgər insan hər günkü qida rasionuna almanı da əlavə etsə, o zaman rahat yüz ilə qədər yaşaya bilər. Tədqiqatçıların 10 il ərzində apardıqları təcrübələrin nəticələri göstərib ki, almanın tərkibində olan mikroelementlər insan ömrünü artırmaq gücünə malikdir.

XalqTV.com  deyerler.org-a istinadən bildirir ki, professor Menn Noksun fikrinə görə, almanın tərkibində olan polifenol maddəsi orqanizm üçün son dərəcə əhəmiyyətlidir. Bu maddə təkcə qanda xolesterinin miqdarını azaltmır, həmçinin şəkərli diabetin əmələgəlmə risqini azaldır. Bundan əlavə, polifenol astma və digər allergik xəstəliklərin müalicəsində mühüm profilaktik əhəmiyyətə malikdir.

Bunu 100 yaşı olan avstraliyalı Edna Sparv da təsdiq edir. Öz uzunömürlülüyünün sirrini keçirdiyi sağlam həyat tərzi ilə yanaşı həm də almada görən avstraliyalı xanım hər gün bir alma yediyini deyib. Saytın məlumatına görə, 100 yaşlı nənə nəvəsi Qreni Smitin becərdiyi bütün dünyada məşhur olan yaşıl alma sortlarından istifadəqidalandığını deyib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO