Dünya

7 nəfəri bıçaqlamış Artur Hacıyev kollecdən də qovulubmuş - VİDEO

  • 23 Aug 2017
  • 250 baxış

Ötən həftə Rusiyanın Surqut şəhərində 7 nəfəri bıçaqladıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülmüş Artur Hacıyev barədə yeni faktlar məlum olub.

XalqTV.com virtualaz.org-a istinadən xəbər verir ki, istintaq orqanlarının sorğusuna verilən cavaba görə, Dağıstan mənşəli gənc 2015-ci ildə inşaatçı ixtisasına yiyələnmək üçün Surqut Politexnik Kollecinə daxil olub. Kollecdə oxuduğu il yarım ərzində Artur 25 dəfə inzibati cəza alıb. Onlardan birini yeniyetməyə dava saldığına görə veriblər.

Mənbə bildirir ki, müəllimlərinin fikrincə, Aertur Hacıyev ona hər şeyə icazə verildiyini düşünürmüş. Anası və ögey atası isə kollecdən edilən xəbərdarlıqlara məhəl qoymayıblar.

Xatırladaq ki, Surqutda baş verən hadisəyə görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürmüşdü.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR