Qətər səfirini İrana geri qaytarır
Qətər höküməti öz səfirinin İrana geri qaytarılmasını bəyan edib.
XalqTV.com Trend-ə istinadən bildirir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir ki: "Qətər dövləti bu gün bəyan edib ki, öz diplomatik vəzifələrini yerinə yetirmək üçün səfir Tehranda qayıdacaq".
Bundan əlavə bildirilir ki, Qətər hakimiyyəti "İranla bütün sahələrdə ikitərəfli münasibətlərin möhkəmlənməsinə ümid edirlər"
Qeyd edək ki, 2016-cı ilin yanvar ayında Səudiyyə Ərəbistanı aralarında şiə din xadimi Nimra ən-Nimranın olduğu 47 nəfəri edam etmişdi. İran din xadiminin edamına qarşı sərt etiraz etmişdi. Bundan sonra İranda din xadiminin edam olunmasına görə etiraz aksiyaları keçirilib və Səudiyyə Ərəbistanın Tehranda səfirliyinə və Məşhəddəki konsulluğuna hücumlar olub. Qətər höküməti bu hücumlara etiraz olaraq səfirini geri çağırıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində