Dünya
Türkiyə Ramil Quliyevin bu jestindən danışır - VİDEO
Dünya Atletizm Çempionatında 200 metr məsafəyə yarışda Türkiyəyə qızıl medal qazandıran Azərbaycan əsilli atlet Ramil Quliyev təltifetmə mərasimi zamanı hərbi salamına aydınlıq gətirib.
XalqTV.com CNN-ə istinadən xəbər verir ki, ən yüksək kürsüdə yer tutan Ramil Türkiyə dövlət himni səslənərkən hərbi salam jestinin səbəbini açıqlayıb:
"Mükafatlandırma mərasimi öncəsi, Trabzonda 15 yaşlı qardaşımı terrorçuların şəhid etdiyini öyrəndim. "Nə edim?" Çox üzücü bir xəbər idi. Əsgər salamı ilə dünyanın diqqətini çəkmək istədim. Qazandığım qızıl medalı şəhidimizin ruhuna həsr etdim".
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
Təhməz Təkin
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR