İqtisadiyyat
Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanı Azərbaycanın yeyinti məhsullarına maraq göstərir - FOTO
2017-ci ilin 7 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə meyvə-tərəvəzin ixracında çəki nisbətində 62 faiz artım qeydə alınıb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Yevlaxda ixracatçılarla görüşdə deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan üçün yeni, böyük bazarlar açılıb. Çin bazarına 360 milyon dollarlıq mal ixrac olunub. Bu isə meyvə-tərəvəz deyil, spirtli və spirtsiz içkilər və s. qeyri-neft məhsullarıdır ki, bu da qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Digər ölkələrdən isə Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanı Azərbaycanın yeyinti məhsullarına xüsusi maraq göstərir.
XalqTV.com
RƏYLƏR