idman
"Azərbaycana səyahət bizi narahat edən amildir"
"Altı ağır matç oynayacağıq. Bu, çətin məsələdir. Məsələn, bunun içində Azərbaycana uzun səfər var".
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Roma"nın meneceri Umberto Qandini Çempionlar Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
"Qarabağ"ın ÇL-dəki qrup mərhələsindəki rəqiblərindən biri olan İtaliya klubunun rəsmisi yerli mətbuata açıqlamasında həm A seriyasında, həm də ÇL-də oynamağın çətin olduğunu bildirib: "Amma böyük klublara qarşı çıxış etmək sevindiricidir. Azərbaycana səyahət bizi narahat edən amildir. Ancaq həmin oyuna ən yaxşı şəkildə hazırlaşacağıq. Dekabr ayında harada olacağımız bizim öz məsuliyyətimizdən asılıdır".
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR








