Dünya
Brüsseldə naməlum şəxs hərbi patrula hücum edib, xəsarət alanlar var
Belçikanın paytaxtında maçete (dəhrə) ilə silahlanmış naməlum şəxs hərbi patrula hücum edib.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, hücumu törədən şəxs güllələnərək öldürülüb.
İnsident nəticəsində bir neçə hərbçi yüngül yaralanıb, onların həyatlarına təhlükə olmadığı bildirilir. Hadisə yeri polis tərəfindən əhatə edilib.
XalqTV.com
RƏYLƏR