Dünya

Xəstəxanaya buraxılmayan qadın küçədə doğdu - 17 yaşı var - FOTO

  • 26 Aug 2017
  • 239 baxış

Xəstəxana işçiləri tərəfindən rədd edilən yeniyetmə hamilə qadın uşağını küçədə, yolun ortasında doğmaq məcburiyyətində qalıb.

/>

XalqTV.com "Dailymail"ə istinadla bildirir ki, Hindistanın şərqindəki Jarxand vilayətinin Saraikela-Xarsavan mahalından olan 17 yaşlı qız sevgilisi və ailəsi tərəfindən tərk edilib. Buna səbəb isə onun hamilə olduğunu sevgilisinə deməsidir. Onun hamilə olduğunu öyrəndikdə əvvəlcə sevgilisi, sonra isə valideynləri tərk edib. Hamilə azyaşlı 4 ay boyunca küçədə dilənçi həyatı yaşayıb.

/>

9 ay bitdikdən sonra uşağı doğmaq üçün xəstəxanaya müraciət etdikdə isə işçilər onu qovublar. Qadın xəstəxananın yaxınlığındakı küçədə, yolun ortasında doğum edib.

/>

Yoldan keçənlərdən biri qadına yaxınlaşaraq ona kömək edib. Hazırda uşağın da qadının da vəziyyəti normaldır.

Emin
XalqTV.com

Digər maraqlı xəbərlər  XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR