Dünya
ABŞ-da qasırğadan sonra güclü daşqın xəbərdarlığı edildi
ABŞ-ın Texas ştatını cənginə alan "Harvi" qasırğası nəticəsində ölkədə güclü daşqınların baş verəcəyi gözlənlir.
XalqTV.com Trend-ə istinadən bildirir ki, qasırğa avqustun 26-sı gecə saatlarında Texasın sahilyani ərazilərindən başlayıb. Qasırğanın mərkəzində küləyin sürəti saatda 215 km-ə çatıb. "Harvi" qasırğası nəticəsində Kоrpus-Kristi şəhərində 155 min insan elektrik enerjisiz qalıb.
Qasırğanın epsentrinə düşən ərazilərin sakinləri təxliyə edilib, digər ərazilərdə isə əhaliyə texniki təhlükəsizliklə bağlı təlimat verilib. "Harvi" son 12 ilin ən güclü qasırğası hesab edilir.
XalqTV.com
RƏYLƏR