Dünya

Türkiyədə 1 həftə ərzində 43 terrorçu məhv edilib

  • 26 Aug 2017
  • 294 baxış

Türkiyənin Şırnak, Hakkari, Diyarbakır əyalətlərində 17-24 avqust tarixlərində keçirilən anti-terror əməliyyatları zamanı 43 terrorçu məhv edilib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, 27 ədə silah, 280 kiloqram alışqan və partlayıcı maddələr, 3 raket qurğuları, 4 tüfəng, 2 tapança, 5,2 kiloqram С-4 tipli partlayıcı maddə və xeyli sayda bombaların hazırlanmasında istifadə olunan müxtəlif partlayıcı maddələr götürülüb.

Bundan əlavə bu tarixlərdə Türkiyənin təhlükəsizlik qüvvələri 9440 nəfərin dövlət sərhədini qanunsuz keçmək cəhdinin qarşısını alıblar.

Əməliyyatlar gedişində 2 hərbçi həlak olub, 9-u isə yaralanıb.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-6363-turkiyede-1-hefte-erzinde-43-terrorcu-mehv-edilib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11