Dünya

Suriya ordusu İŞİD-in 800 yaraqlısını məhv etdi

  • 27 Aug 2017
  • 244 baxış

Suriya ordusu Rusiya Hərbi Kosmik Qüvvələrinin dəstəyi ilə Qanem-Əli şəhəri ərazisində 800-dən çox İŞİD yaraqlısını məhv edib.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmiləri məlumat yayıb.

Qeyd olunur ki, general Həsən Suxelin başçılıq etdiyi hökumət qoşunları İŞİD-in "ən döyüşkən və yaxşı silahlanmış qruplaşma"sını zərərsizləşdirməyə müvəffəq olub.

Həmçinin 13 tank, pulemyot quraşdırılmış 39 yolsuzluq avtomobili, 9 artilleriya qurğusu və minaatan məhv edilib.

İndi hökumət qoşunları Fərat çayının şərq sahili boyunca hücumu inkişaf etdirir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR