idman

Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

  • 27 Aug 2017
  • 264 baxış

Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir.

Boks Federasiyasından XalqTV.com-a verilən məlumata görə, mundialın 3-cü günündə Azərbaycan millisinin 2 üzvü mübarizəyə qoşulub.
 
75 kq çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvarlı 1/8 final çərçivəsində keçirilən döyüşdə Maks Van der Pasla (Hollandiya) üz-üzə gəlib. Gərgin keçən görüş Olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. Şahsuvarlı rəqibini 3:2 (28:29, 29:28, 30:37, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda kolumbiyalı Xorxe Vivas Palasiosla qüvvəsini sınayacaq. Döyüş avqustun 29-da baş tutacaq.
 
Şahsuvarlıdan fərqli, Lorenzo Sotomayorun debütü uğurlu alınmayıb. 64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/8 final səddini keçə bilməyib. O, çətin keçən görüşdə misirli Eslam Muhamedə 2:3 (28:29, 28:29, 30:27, 27:30, 30:27) hesabı ilə məğlub olub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-6397-azerbaycan-bokscusu-dunya-cempionatinda-1-4-finala-yukselib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11