SAĞLAMLIQ

Artıq kilolara əlvida!

  • 27 Aug 2017
  • 312 baxış

XalqTV.com  axşam.az-a istinadən südün bilmədiyiniz faydalarını təqdim edir:

1. Süd arıqlamağa kömək edir, artıq yağları yandırır. 

2. Tərkibində kalsium, dəmir, maqnezium, minerallar və B6, B12, A, C, D vitaminləri  var. 
 
3. Darçınlı süd - aparılan bəzi araşdırmalar darçınlı südün bel nahiyəsindəki yağlanmaya qarşı çox təsirli olduğunu müəyyənləşdirib. Yatmazdan qabaq darçınlı süd içə bilərsiniz. Bundan əlavə, südə bir çay qaşığı qəhvə də əlavə etmək metabolizmanın sürətini artırır.
Mütəmadi olaraq günorta naharında südü, meyvə və ya yulafla yemək qarın nahiyəsindəki yağın yanmasını sürətləndirir.
 
4. İdmandan sonra süd içmək - idmandan sonra lazım olan proteinləri qazanmaq üçün süd içmək məsləhətdir. Südün tərkibində olan proteinlər idman zamanı itirilən əzələ kütlələrinin bərpası üçün olduqca faydalıdır. Süd sümüklərin qırılmasının qarşısını alır və onları qüvvətləndirir. Xüsusilə qadınların menstruasiya dövründə osteoporoz riskinin aşağı olması üçün gündə ən az 3 dəfə süd və süd məhsulları yeməsi vacibdir.
 
5. Həzm və dəri sağlamlığı üçün süd için - normal çalışan bir həzm sistemi üçün süd əhəmiyyətli qidalardan biridir. Hər gün lazimi miqdarda süd içmək mədə və bağırsaq problemlərini həll edir. Mədədə yaranan qıcqırma, ya da acılıq hissinə qarşı yaxşı təsir göstərir. Tərkibindəki mineral və vitaminlərlə dərini gözəlləşdirir, təzələyir və qocalmanı gecikdirir. Orqanizmi lazım olan D vitamininin əhəmiyyətli bir qismini də təmin edir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO