idman

Sotomayor hakim ədalətsizliyi səbəbindən dünya çempionatı ilə vidalaşdı

  • 27 Aug 2017
  • 253 baxış

Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan millisinin boksçusu Lorenzo Sotomayorun məğlubiyyətinə hakim haqsızlığı səbəb olub.

Boks Federasiyasından XalqTV.com-a verilən məlumata görə, bu, 64 kq çəki dərəcəsində rinqə çıxan Olimpiya mükafatçımızın 1/8 final mərhələsindəki döyüşünə təsadüf edib.

Belə ki, Sotomayor misirli Eslam Muhamedlə qarşılaşmada üstün tərəf olsa da, ədalət təmsilçiləri qələbəni rəqibə veriblər. Nəticədə boksçumuz hakimlərin səhvi səbəbindən mundialla vidalaşmaq məcburiyyətində qalib.

Qeyd edək ki, Sotomayor 2:3 (28:29, 28:29, 30:27, 27:30, 30:27) hesabı ilə məğlub olub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-6401-sotomayor-hakim-edaletsizliyi-sebebinden-dunya-cempionati-ile-vidalashdi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11