Dünya
Öldürülən türk aktyorun xanımı hamilə imiş - FOTO
Türkiyənin məşhur "Çoçuklar Duymasın" serialındakı Engin obrazını canlandıran aktyor Vatan Şaşmaz ötən gecə Beşiktaşdakı lüks otelin 11-ci mərtəbəsində kürəyindən vurularaq öldürülüb.
Onu öldürən isə keçmiş model Filiz Akeldir. O, Vatanı otağına çağırıb öldürdükdən sonra intihar edib.
XalqTV.com "Cadde"yə istinadla bildirir ki, Vatan Şaşmazla bağlı yeni məlumatlar əldə edilib. Onun xanımının 5 aylıq hamilə olduğu deyilir.
Qeyd edək ki, Vatan Şaşmazın yaxın dostu dünənki canlı yayım açıqlaması zamanı bildirib ki, Vatan ölümündən öncə dəfələrlə Filiz Akeldən şikayətlənib, onun başına problem açacağına görə narahat olduğunu söyləyib.
Cinayətlə bağlı araşdırmalar davam edir:
Emin
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR