SAĞLAMLIQ

Qanda şəkərin yüksəlməsini bildirən 14 əlamət

  • 14 May 2017
  • 417 baxış

Sizdə daima aclıq hissi var? Az miqdarda qida qəbul edərkən günü-gündən çəkiniz artırmı? Bəs bu əlamətlərin sizin qanınızda şəkərin yüksəldiyinin göstəricisi ola biləcəyi barədə düşünmüsünüzmü?
XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">immunitet.az-a istinadən bildirir ki, bəzi insanlar yanlız diabet xəstələrinin qanında şəkərin yüksək olduğunu düşünürlər. Lakin bu düz fikir deyil. Bəzi qida maddələrinin uzun müddət qəbulu da qanda şəkərin miqdarının artmasına səbəb olur. Bu qida maddələrinə şirniyyatlar, şirin qazlı sular, konfetlər və hətta şirin meyvələr daxildir.
Mütəxəssislər insanlara qanda şəkərin miqdarını normada saxlamağı tövsiyə edir. Qanda şəkərin miqdarı aşağıdakı hallarda da arta bilir:
* stress
* daima fiziki işlə məşğul olduqda
* pis qidalanma
* müxtəlif xstəliklər
* bəzi dərman preparatları.
Qanda şəkərin qalxması özünü hansı əlamətlər bildirir?
1. Ürək yanğısı
2. Ağızda quruluq
3. Daima aclıq hissi
4. Sidikburaxma
5. Dəridə quruluq və qaşınma
6. Yorğunluq
7. Diqqətin dağılması
8. Çəkinin qəfil artması
9. Sağalmayan iltihabi xəstəliklər
10. Görmənin zəifləməsi
11. Cinsi zəiflik
12. Yaraların gec sağlması
13. Sinir sisteminin pozğunluqları
14. Həzmlə əlaqədar pozğunluqlar.
Tərkibində qlükoza indeksinin olmasının faizinə uyğun olaraq qidalar 3 yerə ayrılır.
Yüksək şəkər indeksi olan qidalar.
Bu qidalara təribində şəkərin miqdarı 70+ olan qidalar aiddir:
Şəkər tozu, marketlərdə satılan şirin kukuruz, ağ çörək, bulka, düyü unu, kartof, mürəbbələr, tez bişən qidalar, pop korn, krekerlər, qoz, fındıq, qarpız, balqabaq, suxari, marmelad, şokoladlı konfetlər, qənd, düyü, meyvə çipsləri bu qidalara aiddir.
Orta şəkıər indeksi olan qidalar.
Bu qidalara tərkibində şəkərin miqdarı 55-69+ olan qidalar aiddir.
Ananas, konservləşdirilmiş tərəvəzlər, banan, yemiş, manna, hazır satılan şirələr, qara çörək, kişmiş bu qidalara aiddir.
Şəkər indeksi aşağı olan qidalar.
Bu qidalara tərkibində olan şəkərin indeksi 0-54 olan qidalar aiddir.
Balıq, portağal, noxud, əncir, qatıq, armud, çiyələk, süd, ərik, alma, sosiska, albalı, qreypfurt bu qidalara aiddir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO