SAĞLAMLIQ

Daha çox günəş, daha çox D vitamini demək deyil

  • 28 Aug 2017
  • 303 baxış

Mütəxəssislər, daha çox günəşin daha çox D vitamini olmadığını ifadə edərək, günəş şüalarıyla dəridə D vitamini çoxaldılmasının yaxşı bir variant kimi görünməsinə baxmayaraq dəri xərçənglərinə səbəb ola bildiyinə işarə etdi.

XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">deyerler.org-a istinadən bildirir ki, tədqiqatçılar yağda həll olan bir vitamin olan D vitamininin, qidalardan alındığında bağırsaqlardan sovrulduğuna toxunaraq, qidalardan xüsusilə yumurta sarısından, pendirdən, somon, ton balığı kimi yağlı balıqlardan, balıq yağından, qaraciyərdən ya da ətdən D vitamini alına bildiyini izah etdi.
 
Günəş şüaları ilə bədənə daxil olan D vitamininin, qaraciyər və böyrəkdən keçərək aktiv hala gəldiyini söyləyən mütəxəssislər, belə davam etdilər: "Günəş şüalarıyla dərimizdən D vitamininin qəbul edilməsi çox yaxşı bir variant kimi görünsə də, günəş şüalarının dərini zədələyərək yaşlandırmasının yanında dəri xərçənglərinə səbəb ola bildiyi unudulmamalıdır.
 
Melanom son illərdə daha sıx rast gəlinən, ölümcül dəri xərçənglərindəndir. Ən əhəmiyyətlisi daha çox günəş, daha çox D vitamini mənasını vermir. Dəridən bir miqdar D vitamini qəbul edildikdən sonra istehsal dayanar, zədə başlayar. Bu səbəbdən günəş şüasına daha çox məruz qaldığımızda D vitamini qəbul etdiyiniz kimi zərərli, xərçəngə səbəb olan günəş şüalarına da məruz qalmış olarsınız".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO