İqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bu tarixdə başa çatacaq

  • 29 Aug 2017
  • 271 baxış

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sentyabr ayında başa çatacaq.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu "TRT Haber" telekanalına müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib.

Onun sözlərinə görə, hazırda layihənin Gürcüstan ərazisində tamamlanma işləri həyata keçirilir.

Nazir qeyd edib ki, tikinti başa çatdıqdan sonra, gələn ay ərzində dəmir yolunun açılışı baş tutacaq.

O, həmçinin əlavə edib ki, Qarsda logistika mərkəzinin tikintisi üzrə işlər aparılır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR