idman
İsrafilovun yeni klubu müəyyənləşdi
Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovun yeni klubu müəyyənləşib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Kadis"dən ayrılan 25 yaşlı hücumçu karyerasını Sequndada (II divizion) çıxış edən digər klubda - "Gimnastic"də davam etdirəcək.
Tarraqona təmsilçisi yığma üzvü ilə 3 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Eddi İsrafilov ötən ilin avqustunda "Cadis"ə keçib. O daha əvvəl "Murcia", "Granada", "Eibar" və "Cordoba"nın formasını geyinib.
XalqTV.com
RƏYLƏR








