"Borussiya" futbolçularını öldürməyə çalışan şəxsə 28 maddəlik ittiham
11 apreldə Çempionlar Liqasının 1/4 finalında keçirilməli olan "Borussiya" - "Monako" oyunundan öncə Dortmund klubunun avtobusu yaxınlığında bir neçə partlayış baş vermişdi.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Almaniya prokurorluğu hadisəni törədən şəxsi cinayət məcəlləsinin 28 maddəsi ilə ittiham edir. Serqey adlı bu şəxsin partlayışı pul qazanmaq üçün etdiyi bildirilir. O, bankdan kredit götürməklə "Borussiya"nın 15 min sertfikatını satın alıb. Serqey insidentdən sonra klub aksiyalarının qiymətinin kəskin enməsi sayəsində milyonlarla avro mənfəət əldə etməyi nəzərdə tutub. Klubun bir neçə futbolçusu yaralansa və ölsəydi, səbəbkar büdcəsini 3.9 milyon avro zənginləşdirə bilərdi. Amma partlayışın təsirindən yalnız Mark Bartranın əli xəsarət alıb və ispan müdafiəçi də əməliyyat olunub.
XalqTV.com








