idman
"Lion" 20 yaşlı futbolçu transfer edib
"Selta Vigo"nun yarımmüdafiəçisi Papa Şeyk Diop karyerasını Fransada davam etdirəcək.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun "Lion"a transferi rəsmiləşib. Müqavilənin detalları açıqlanmır. Diop "Selta" yetirməsidir. O, əsas komandada ötən ilin iyulunda debüt etmişdi. 27 rəsmi oyunda meydana çıxan havbek 1 qolla fərqlənib. O, 10 dəfə İspaniyanın U-19 yığmasının da formasını geyinib. Qeyri-rəsmi məlumata görə "Qalisiyalılar" transferdən 10 milyon avro qazanacaq.
XalqTV.com
RƏYLƏR








