Dünya

Məşhur aktrisa yarım milyonluq təklifi qəbul etdi

  • 30 Aug 2017
  • 270 baxış

Bensu Soral 500 min lirəlik (təxminən 250 min manat) reklam təklifinə razı olub.

XalqTV.com publika.az-a istinadən xəbər verir ki, keçən il Serenay Sarıkayanın reklam üzü olduğu marka bu il Bensu Soralla çalışmağa qərar verib.

S.Sarıkaya məşhur geyim markasının reklamından 2 milyon TL (təxminən 1 milyon manat) qazanmışdı. Bensu Soral isə reklamdan 500 min lirə qazanacaq.

Markanın bu il Bensu Soralla çalışmasının səbəbi gənclər arasında sevilməsi, instaqramda 2 milyonadan çox abunəçisinin olması və çəkildiyi serialların böyük reytinq gətirməsi olub.

Bensunun tərəf müqabili Kıvanç Tatlıtuğ olacaq. Kıvanç isə cins brendinin reklamına çəkilmək üçün 5 milyon TL (təxminən 2, 5 milyon manat) qonorar əldə edəcək.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR