idman

Neymar və Koutinyo "Real"da oynamağı arzulayırmış

  • 30 Aug 2017
  • 249 baxış

"Marca" nəşri 2008-ci ilin martında Filippe Koutinyo və Neymardan eyni vaxtda alınan müsahibəni yenidən oxuculara təqdim edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, müsahibə zamanı hər iki futbolçu "Real"da oynamaq istədiklərini bildirib. Onlar vaxtilə "kral klubu"nun şərəfini qorumuş Robinyoya simpatiyalarını da ifadə ediblər.

Koutinyo: Mən Robinyonu televizorda izləyərək "bisiklet" zərbəni vurmağı öyrəndim. Sevimli komandalarım "Real" və "Barcelona"nın oyunlarına baxmağı çox sevirəm.

Neymar: Robinyo kimi, mən də 7 yaşımda "Santos"a gəlmişəm. Hər şeydə, xüsusilə driblinqdə onu təqlid etməyə çalışıram. İspaniya futbolunu bəyənirəm. La Liqa yüksək sürətə və keyfiyyətə malikdir.

- Arzularınızın komandası hansıdır?

Koutinyo: "Real Madrid". O, dünyada ən yaxşı klubdur.

Neymar: "Real Madrid".

- Avropanın hansı liqasında oynamaq istərdiniz?

Koutinyo: İspaniya Primerasında. Orda Robinyo və Ronaldinyo kimi ulduzlar çıxış edir.

Neymar: İspaniya Liqası. Xüsusi bir çempionatdır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-6526-neymar-ve-koutinyo-realda-oynamagi-arzulayirmish..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11