Prosineçkinin mətbuat konfransının vaxtı açıqlandı
DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - San Marino oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, sentyabrın 4-də, 8-ci km qəsəbə stadionunda baş tutacaq matçdan bir gün öncə hər iki yığmanın çalışdırıcısı jurnalistlər önünə çıxacaq.
Sentyabrın 3-də saat 18:45-də qonaqların baş məşqçisi Pyerancelo Manzarolinin mətbuat konfransı təşkil olunacaq. 19:30-da isə cırtdan ölkə təmsilçisi ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə çıxacaq.
Saat 20:30-da isə millimizin baş məşqçisi Robert Prosineçki KİV nümayəndələrinin önünə çıxacaq. Yarım saat sonra isə yığmamız ilk 15 dəqiqəsi açıq olan son məşqinə çıxacaq.
Hər iki yığmanın məşqi, həmçinin mətbuat konfransı 8-ci km qəsəbə stadionunda keçiriləcək.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində








