Sovet əsgərlərinin xatirəsi Madriddə təhqir edildi - FOTO
İspaniyada vətəndaş müharibəsində döyüşmüş sovet əsgərləri üçün Madriddə ucaldılmış abidə naməlum şəxslər tərəfindən nasist və antisemit simvollar çəkilərək, təhqir edilib.
XalqTV.com bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İspaniyadakı səfirliyinin "Twitter" hesabında məlumat yayılıb.
Səfirlik döyüşçülərin xatirəsinin təhqir edildiyini pisləyən bəyanat yayıb: "Madriddə Fuenkarral rayonunda yerləşən məzarlıqda İspaniyada vətəndaş müharibəsində işitrak etmiş sovet könüllülərinin, beynəlxalq hərbçilərin və digər döyüşçülərin abidəsinin nasist və antisemit simvollar çəkilərək, təhqir olunmasını pisləyirik".
Səfirlik "Twitter" səhifəsində təhqir olunmuş abidənin fotolarını da yerləşdirib.
Qeyd edək ki, vətəndaş müharibəsi İspaniyada 1936-1939-ci illərdə baş verib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində