Dünya
22 həftəlik körpə əməliyyat olundu
Türkiyənin Konya şəhərində ana bətnində ağ ciyərinə su yığılmış 22 həftəlik körpə nadir üsulla əməliyyat olunub.
XalqTV.com teleqraf.com-a istinadən bildirir ki, həkimlər beş aylıq körpəyə şunt taxıblar.
Konya Təhsil və Araşdırma Xəstəxanasından bildirilib ki, ağ ciyərində su toplanan körpənin orqanları inkişaf etməyib, ürək yerini dəyişməyə meylli olub. Belə olanda adətən aborta müraciət edilir, nadir hallarda ana bətnində əməliyyat aparılır.
Dünyada təsadüfən rast gəlinən bu xəstəliyə müdaxilə edilməsəydi, körpə ana bətnində ölə bilərdi.
Türkiyədə ilk dəfə olaraq belə əməliyyat aparılıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR