idman
"Qarabağ"ın rəqibi 2 futbolçu aldı
"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" heyətinə 2 yeni futbolçu qatıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, London təmsilçisi transfer pəncərəsinin son günü 1 yarımmüdafiəçi və 1 müdafiəçi ilə güclənib.
Belə ki, "Lester"dən transfer olunan Daniel Drinkuoter 5 illik müqaviləyə imza atıb. 27 yaşlı ingiltərəli yarımmüdafiəçinin ilinə 35 milyon funt-sterlinq alacağı bildirilir.
"Çelsi"nin digər transferi isə İtaliya "Torino"sundan gəlib. 25 yaşlı Davide Zappakosta növbəti 4 ili bu komandada oynayacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR








