idman

Tite Braziliya millisində rekord vurdu

  • 01 Sep 2017
  • 256 baxış

Braziliya millisi 2018 DÇ seçmə mərhələsində Ekvadora qalib gəlməklə qrupda liderliyini möhkəmləndirib.

Dünya çempionatına vəsiqəni bir müddət əvvəl təmin edən "pentakampeonlar" baş məşqçi Titenin rəhbərliyi altında keçirdikləri 9-cu oyunu da qələbə ilə başa vurub.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bununla rekorda imza atıb.

Seçmə mərhələdə əvvəlki rekord ardıcıl 6 oyunda qalibiyyət idi. Bu nəticə 1970 DÇ təsnifat mərhələsində müəyyənləşdirilmişdi. Həmin vaxt Braziliyanı Joao Saldanya çalışdırırdı.

Qeyd edək ki, Titenin komandası rəqiblərini 26 dəfə məyus etdiyi halda öz qapısından cəmi 2 top buraxıb. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-6631-tite-braziliya-millisinde-rekord-vurdu..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11