Dünya

"Gürcüstan müsəlmanlarının dövlət quruculuğunda rolu böyükdür"

  • 01 Sep 2017
  • 310 baxış

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, hökumət başçısı təbrikində Qurban bayramının İslam dünyasında ən böyük və dəyərli bayram olduğunu bildirib.

"Müxtəlif millət və dinlərin nümayəndələri Gürcüstanda bir-biri ilə harmoniya şəraitində yaşayır. Çoxmillətlilik ölkəmizin zənginliyi və nailiyyətidir. Gürcüstanda müsəlmanların ölkə quruculuğunda rolu böyükdür. Bu gün də müsəlman vətəndaşlarımız ölkənin keşiyindədir və güclü, inkişaf etmiş Gürcüstanın qurulmasına öz töhfələrini verirlər. Sizi Qurban bayramı münasibətilə təbrik edərək ümumi vətənimiz üçün sülh və tərəqqi arzu edirəm", - deyə G. Kvirikaşvili təbrikində qeyd edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-6642-gurcustan-muselmanlarinin-dovlet-quruculugunda-rolu-boyukdur..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11