idman
Norveç millisinin baş məşqçisi "Qarabağ"ın yeni transferindən danışdı
Norveç milli komandasının baş məşqçisi Lars Lagerbek yerli futbolçu Tarik Elyunussinin "Qarabağ"a keçidini dəyərləndirib.
XalqTV.com report-a istinadən xəbər verir ki, isveçli mütəxəssis bu keçidin Azərbaycan klubuna faydalı olacağını bildirib.
"Tarik Yunanıstanda pis oynamırdı. İndi isə Çempionlar Liqasında çıxış edən komandaya keçib. Hücumda yaxşı təsir bağışlayır. Komandaya kömək edir. İnanıram ki, "Qarabağ"a faydalı olacaq" deyə Lagerbek vurğulayıb.
Qeyd edək ki, Tarik Elyunussini "Qarabağ" Yunanıstan "Olimpiakos"undan bir illik icarəyə götürüb.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR








