İqtisadiyyat

Azərbaycan və Macarıstan nəqliyyat sahəsində saziş hazırlayır

  • 02 Sep 2017
  • 313 baxış

Azərbaycan və Macarıstan arasında "Beynəlxalq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları haqqında" saziş imzalanacaq.

XalqTV.com bildirir ki, bunu Trend-ə Macarıstan dövlət katibinin müavini Jolt Çutora deyib.

Onun sözlərinə görə, Azərbaycan Avrasiyanın nəqliyyat şəbəkəsində aparıcı oyunçulardan birinə çevrilib və Çinin "Bir kəmər - bir yol" təşəbbüsünün reallaşdırılmasında vacib rol oynayır.

J.Çutora qeyd edib ki, Azərbaycan və Macarıstan Şərq-Qərb dəhlizi çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı imkanlara malikdirlər:

"Azərbaycan ərazisi ilə Çindən Avropaya artıq bir neçə sınaq konteyner qatarı hərəkət edib və bu dəhlizin Avrasiyada Şərqlə Qərbin birləşməsi üçün vacib rol oynayacağı gözlənilir".

O əlavə edib ki, iki ölkə arasında birbaşa hava əlaqəsi də mövcuddur. Macarıstanın "WizzAir" aviaşirkəti Bakı və Budapeşt arasında uçuşlar həyata keçirir:

"Reyslərin açılmasından sonra Macarıstanın Bakıdakı səfirliyi tərəfindən verilən vizaların sayı artıb. Bu, turizmlə yanaşı biznes və mədəniyyət sahələrində də qarşılıqlı mübadiləyə müsbət təsir göstərəcək".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-6674-azerbaycan-ve-macaristan-neqliyyat-sahesinde-sazish-hazirlayir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11