idman

"Çelsi" - "Qarabağ" oyununun biletləri satışda

  • 02 Sep 2017
  • 275 baxış

"Çelsi" Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la keçirəcəyi matçın biletlərini satışa çıxarıb.

XalqTV.com-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, "zadəganlar", həmçinin biletlərin qiymətlərini də açıqlayıb.

18 aylıq fasilədən sonra avrokuboklara dönüşünü qeyd edəcək London təmsilçisi Azərbaycan çempionu ilə matçın biletlərini 35 funt-sterlinqdən, yəni 75 manatdan satışa çıxarıb.

Uşaqlar və yaşlılar üçün biletlərin qiymətində güzəşt nəzərdə tutulub. Belə ki, onlar qarşılaşmanı tribunadan izləmək üçün 17,5 funt-sterlinq (38,5 manat) xərcə düşməli olacaqlar.

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" oyunu sentyabrın 12-də keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-6690-celsi---qarabag-oyununun-biletleri-satishda..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11