İqtisadiyyat

Bəzi yarmarkalarda qurbanlıq heyvanlar ucuzlaşıb - VİDEO

  • 03 Sep 2017
  • 321 baxış

Ötən gün Qurban bayramı ilə əlaqədar paytaxta satılması üçün çox sayda qurqurbanlıq heyvan gətirilmişdi.

XalqTV.com xezerxeber.az-a istinadən bildirir ki, təklifin tələbdən çox olması bir çox satıcıların heyvanlarının əllərində qalması ilə nəticələnib. Bəs belə bir vəziyyət qiymətlərə təsir edibmi?
Əməkdaşlarımızın araşdırmasından məlum olub ki, bayramın ikinci günündə qurbanlıq heyvan satılan yerlərdə nisbətən sakitlik hökm sürür. Qiymətlər isə ötən günə nisbətən təxminən 10 faiz ucuzlaşıb.
Satıcıların sözlərinə görə, müxtəlif rayonlardan gətirilən qoyunların ötən gün az hissəsi satıldığından bu gün qiymətlər ucuzlaşıb. Satıcılar heyvanların yenidən geri qaytarılmasının onlara əlavə xərc yaradacığı üçün qiymətlərdə endirim ediblər. Satıcılar sabah da qiymətlərin nisbətən ucuz olacağını bildirirlər.
Bəzi yerlərdə isə bu hal yaşanmayıb. Satıcılar qurbanlıq heyvanı ötən gün hansı qiymətə satırdılarsa, bu gündə qiymət eyni qalıb.
Yaranmış vəziyyətdən satıcılar o qədər də razı görünməsə də, alıcılar məmnundur.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-6713-bezi-yarmarkalarda-qurbanliq-heyvanlar-ucuzlashib---video..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11