Millimiz dünya çempionatında medal sıralamasına görə 4-cü yerdədir
Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatı başa çatıb. 9 gün davam edən yarışın yekununa əsasən medal əldə edən ölkələrin də siyahısı açıqlanıb.
XalqTV.com bildirir ki, Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, mundialda 10 çəkidən 4-də təmsil olunan yığmamız 2 medal yiyələnib. Hesabına 1 qızıl və 1 bürünc mükafat yazan komandamız medal sıralamasına görə dünya çempionatını 4-cü pillədə başa vurub. Millimiz göstərdiyi nəticəyə görə Avropada isə hamını qabaqlayıb.
Ümumilikdə, 20 ölkə Hamburqda medala sahib olub. Onlardan cəmi 6-sı çempionluq sevinci yaşayıb.
Siyahıda birinci yeri Kuba yığması tutub. Amerika qitəsinin təmsilçisi 5 qızıl və 2 gümüş medal qazanıb. İlk "üçlük"də iki Asiya təmsilçisi də yer alıb. İkinci pillədə Özbəkistan (1 qızıl, 3 gümüş, 2 bürünc) qərarlaşdığı halda, üçüncü yeri Qazaxıstan (1 qızıl, 2 gümüş və 3 bürünc) tutub. Avropa yığmaları arasında ən yaxşı nəticəyə malik millimiz isə ümumi sıralamada 4-cü olub.
Qeyd edək ki, yığmamızın heyətində Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Kamran Şahsuvarlı (75 kq) bürünc medal qazanıb.
| N | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
| 1 | Kuba | 5 | 2 | 0 | 7 |
| 2 | Özbəkistan | 1 | 3 | 2 | 6 |
| 3 | Qazaxıstan | 1 | 2 | 3 | 6 |
| 4 | AZƏRBAYCAN | 1 | 0 | 1 | 2 |
| 5-6 | Fransa | 1 | 0 | 0 | 1 |
| Ukrayna | 1 | 0 | 0 | 1 | |
| 7 | ABŞ | 0 | 1 | 2 | 3 |
| 8 | Rusiya | 0 | 1 | 1 | 2 |
| 9 | İrlandiya | 0 | 1 | 0 | 1 |
| 10-20 | Avstraliya | 0 | 0 | 1 | 1 |
| Kamerun | 0 | 0 | 1 | 1 | |
| Kolumbiya | 0 | 0 | 1 | 1 | |
| Ekvador | 0 | 0 | 1 | 1 | |
| İngiltərə | 0 | 0 | 1 | 1 | |
| Gürcüstan | 0 | 0 | 1 | 1 | |
| Almaniya | 0 | 0 | 1 | 1 | |
| Hindistan | 0 | 0 | 1 | 1 | |
| Ermənistan | 0 | 0 | 1 | 1 | |
| Monqolustan | 0 | 0 | 1 | 1 | |
| Cənubi Koreya | 0 | 0 | 1 | 1 | |
| CƏMİ | 20 | 10 | 10 | 20 | 40 |
XalqTV.com








