Dünya

Somalidə terrorçuların hücumu nəticəsində 25-dən artıq hərbçi öldü

  • 03 Sep 2017
  • 251 baxış

Somalidə "Əş-Şabab" terror qruplaşması yaraqlılarının Kismayo liman şəhəri ərazisindəki hərbi bazaya hücumu nəticəsində 25-dən çox hərbçi ölüb.

XalqTV.com report.az-a istinadən bildirir ki,bu barədə "Reuters" məlumat yayıb.

Agentlik qruplaşma nümayəndəsinə istinadən xəbər verir ki, yaraqlılar Cubalend bazasına bazar günü səhər hücum ediblər. Nəticədə 26 Somali əsgəri öldürülüb, bundan başqa iki avtomobil yandırılıb, daha üç maşın bazadan aparılıb. Yerli sakinlər və Kismayodakı hərbi zabit faktı təsdiqləyib.

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR