idman

Belçika DÇ-2018-ə vəsiqəni təmin edib

  • 04 Sep 2017
  • 298 baxış

Futbol üzrə Belçika yığması Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatına vəsiqəni təmin edib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, belçikalılar DÇ-2018-ə vəsiqəni seçmə mərhələsinin UEFA zonasında 8-ci turunun oyununda Yunanıstan üzərində 2:1 hesablı qələbədən sonra təmin ediblər.

Qələbə sayəsində Belçika millisi xallarının sayını 22-yə çatdıraraq dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib.
 
"H" qrupunda birinci yerdə qərarlaşan Belçika DÇ-2018-də iştirak edəcək altıncı ölkə olub. Belçikadan əlavə, mundialda iştirakı Braziliya, İran, Yaponiya, Meksika və "mundial"ın sahibi Rusiya təmin edib.
 
Qeyd edək ki, DÇ-2018 iyun 14-dən iyulun 15-ə qədər Rusiyanın 11 şəhərində keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-6774-belcika-dc-2018-e-vesiqeni-temin-edib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11