Dünya

Merkel Türkiyəni Avropa İttifaqının tərkibində görmədiyini deyib

  • 04 Sep 2017
  • 246 baxış

Almaniya kansleri Angela Merkel hesab edir ki, hazırda Türkiyə üçün Avropa İttifaqının tərkibində yer yoxdur.

XalqTV.com report.az-a istinadən bildirir ki, bunu o, bazar günü Almaniyanın Nazirlər Kabinetinin rəhbəri postuna namizəd olan sosial-demokrat Martin Şultsla debatlar zamanı deyib.

"Türkiyəni Aİ-nin tərkibində görmürəm və heç vaxt görməmişəm", - deyə o qeyd edib.
Kanslerin sözlərinə görə, Berlin bu yaxınlarda Türkiyədə Almaniya vətəndaşlarının yaxalanması və münasibətlərin pisləşməsinə "iqtisadi tədbirlərin köməkliyi ilə" cavab verə bilər.
Eyni zamanda AFR kansleri bu fikir ayrılıqlarının fonunda Türkiyə ilə diplomatik əlaqələri kəsmək niyyətində olmadığını bildirib: "Mən hazırda Türkiyə ilə diplomatik münasibətləri kəsmək niyyətində deyiləm".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR