Dünya

Rusiyadan Cənubi Koreyada ABŞ raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsinə cavab

  • 04 Sep 2017
  • 245 baxış

Rusiya sərhədləri yaxınlığında THAAD raket əleyhinə müdafiə sisteminin qurulması Moskvanın hərbi müdaxiləsi məsələsini qaldıra bilər.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu Rusiya XİN-nin müavini Sergey Ryabkov deyib.

O, bildirib: "Bütün bunlar belə həyəcanverici templə baş verərsə, ehtimal ki, hansısa kontrbalansın yaradılmasında bizim də hərbi reaksiyamız qaçılmaz olacaq. Mən heç nəyi öncədən mühakimə etmək istəmirəm. Ancaq bəzi şeylər kontekstdən kənar qəbul edilə bilməz".

O, qeyd edib ki, Moskva ABŞ-ın bu planına qarşı öz mənfi münasibətini gizlətmir.

Qeyd edək ki, iyul ayında ABŞ və Cənubi Koreya Şimali Koreyanın ata biləcəyi ballistik raketlərdən müdafiə məqsədilə THAAD sistemini yerləşdirməklə bağlı razılığa gəliblər.

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR