Dünya

"İrma" qasırğasına görə fövqəladə vəziyyət tətbiq edilib

  • 05 Sep 2017
  • 235 baxış

Puerto-Rikonun qubernatoru Rikardo Roselyo regiona "İrma" qasırğasının yaxınlaşması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət tətbiq edib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, meteoroloqların proqnozlarına görə, ölkədə 25 sm yağmur və 7 m hündürlüyündə dalğaların yaranacağı gözlənilir.

Qeyd edək ki, ABŞ-ın Texas ştatında  baş verən "Harvi" qasırğası 44 nəfərin həyatına son qoyub. İlkin hesablamalara görə, qasırğanın vurduğu ziyan 150 milyard ABŞ dollar təşkil edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR