idman

"Ümidimizi Şimali İrlandiya və Azərbaycanla oyunlarda itirmişdik"

  • 05 Sep 2017
  • 284 baxış

Bu seçmə mərhələdə işlər istədiyimiz kimi getmədi.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Çexiya yığmasının qapıçısı Tomaş Vaçlik deyib.

DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda çıxış edən çexlər səfərdə Şimali İrlandiyaya 0:2 hesabı ilə məğlub olublar.
 
Vaçlik oyundan sonra ölkəsinin mətbuatına açıqlama verib. "Bazel"in formasını geyinən 28 yaşlı qapıçı dünya çempionatının final mərhələsinə yüksəlmək şanslarını çoxdan itirdiklərini bildirib: "Mundiala çıxmaq ümidimizi Şimali İrlandiya və Azərbaycanla oyunlarda itirmişdik. Çünki evdə keçirdiyimiz hər 2 görüşdə qələbəyə həsrət qalmışdıq. Yəni başlanğıcdan bəxtimiz gətirməmişdi. Dünya çempionatından kənarda qalacağıq. Amma düşünürəm ki, qazandığımız təcrübə bizə gələcəkdə kömək olacaq. Komandamızın böyük potensialı var". 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-6871-umidimizi-shimali-irlandiya-ve-azerbaycanla-oyunlarda-itirmishdik..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11