SAĞLAMLIQ

Akademikdən ayaqlarda qan dövranını yaxşılaşdıran ÇOX BƏSİT və EFFEKTLİ ÜSUL

  • 05 Sep 2017
  • 303 baxış

Məşhur təyyarə konstruktorunu, təyyarələr üçün porşen, turbovintli və turboreaktiv mühərriklərin yaradıcısı, akademik Aleksandr Aleksandroviç Mikulin səhhətində problemlər başlayanda o, xəstəlikləri unutmağa imkan verən, uzun və dolğun həyat yaşamaq metodikaların hazırlanması haqqında maraqlanmağa başlayıb.

XalqTV.com publika.az-a istinadən xəbər verir ki, onda akademik Mikulin sadə hərəkətlərdən ibarət gimnastika yaradıb. Bu metodika venaların qan dövranını yaxşılaşdırır və təzyiqi normallaşdırır. Beynin işi yaxşılaşır və baş ağrılarından əsər-əlamət qalmır.

Gimnastikanı yerinə yetirmək üçün dabanları birləşdirib yerə vurmaqla titrəşyiş yaradın. Bu zaman dişləri də sıxın. Döşəmədən 3-5 sm dabanı azca qaldırın, sonra kəskin şəkildə aşağı düşün. Nəticədə yaranmış sarsıntıdan vena klapanları qan dövranı üçün əlavə impuls alır.

Bu hərəkəti hər birində 30 dəfə olmaqla gündə 5 dəfə yerinə yetirin və xəstəliklərdən yaxa qurtarın. Tapşırığı sürətlə yerinə yetirin. Saniyədə 1 titrəyiş olmalıdır.

Gimnastika bütün gün oturaq və ya ayaq üstə çalışan insanlar üçün xüsusilə faydalıdır. Bu tapşırığı hətta qaçış və ya sürətli hərəkət qadağan olunan insanlar yerinə yetirə bilər.

Titrəyiş orqanizmin infarkt, insult, tromboflebitə qarşı səmərəli profilaktikasıdır. Həmçinin ayaqlarda qan dövranını yaxşılaşdıraraq şişkinliyi aradan qaldırır.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO