idman
Koutinyo: "Barselona"dan təklif almamışam"
"Liverpul"un yarımmüdafiəçisi Filippe Koutinyonun "Barselona" ilə danışıqlar aparması barədə söz-söhbətlər İngiltərə mətbuatında tez-tez gündəmə gəlməkdədir.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, braziliyalı oyunçu "Vest Hem Yunayted"lə oyundan sonra bu məsələyə aydınlıq gətirib.
"Mənim haqqımda danışanda həmişə şad oluram. "Barselona" kimi böyük klubun mənimlə maraqlanması çox xoşdur. Bu, zəhmətimə verilən yüksək qiymətdir. "Barcelona" dünyanın ən güclü komandalarından biridir. Amma onlardan təklif almamışam. Nəsə olsa, agentimə zəng olunardı. Mən isə komandamın qarşısına qoyduğu hədəflərə köklənməliyəm".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR








