SAĞLAMLIQ

Kəskin respirator infeksiyalara daha çox kimlər yoluxa bilər?

  • 06 Sep 2017
  • 356 baxış

Payız və qışda kəskin respirator infeksiyalara və qripə yoluxma üzrə ən yüksək risk qrupları yaşı 1-dən az, 65-dən çox olanlar, hamilələr, tənəffüs sistemi, şəkər, xroniki xəstə insanlar olur.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva bu gün keçirdikləri mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər bir mövsümdə həmin mövsüm üçün xarakterik olan xəstəliklər aktivləşir: "Payız və qış mövsümündə daha çox kəskin respirator infeksiyalar və qripdir. Qripə yoluxma halları az olur, amma kəksin respirator infeksiyalara yoluxmalar çox olur. Onların törədiciləri bakteriyalar, viruslar, ibtidailər də ola bilər".

R.Əliyeva bildirib ki, kəskin respirator infeksiya və qripin müalicəsi antibiotiklərlə başlanılmalı deyil: "Antibakterial müalicə ehtiyac olduqda aparılmalıdır. Əgər xəstəlik ağırlaşmalar verərsə, xəstəyə virus əleyhinə dərmanlar verilir. Daha çox həyata keçirilməsi vacib olan profilaktik tədbirlər odur ki, mümkün qədər əhalinin sıx məskunlaşdığı ərazilərdən uzaq olmaq lazımdır. Aktiv həyat tərzi keçirmək, açıq havada olmaq lazımdır".

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO