idman

Eden Azar: "Çətin qrupa düşsək də..."

  • 06 Sep 2017
  • 270 baxış

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən olan "Çelsi"nin yarımmüdafiəçisi Eden Azar bütün turnirlərdə iddialı olacaqlarını bildirib.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, belçikalı hücumameyilli futbolçu, xüsusən də, Çempionlar Liqasının qalibi olmaq arzusundadı.

26 yaşlı oyunçu bu yolda pillə-pillə irəliləmək istədiyini vurğulayıb: "Bütün turnirlərin qalibi olmaq istəyirəm. Ancaq Çempionlar Liqasındakı uğur mənim üçün hər şeydən vacibdi. Bu turnirin qalibi olmağı çox arzulayıram. Ancaq bunun zəhmət tələb etdiyini də bilirəm. İlk növbədə qrup səddini aşmalıyıq. Çətin qrupa düşsək də, mübarizəni davam etdirəcəyimizə şübhəm yoxdu. Komandamız finala qədər irəliləmək gücündədir".
 
Neymarın "Barselona"dan PSJ-yə transferini dəyərləndirən Azar özünü daha dəyərli oyunçu hesab edib: "PSJ Neymara görə 222 milyon avro ödəyib? Belədisə, mənim qiymətim 1 milyard avro olmalıdı. Zarafat edirəm. Öz transfer qiymətimi demək çətindi. Bu barədə düşünmürəm. Məşqlərdə üzərimdə çalışıram ki, "Çelsi"yə köməyim dəysin".
 
Baş məşqçi Antonio Konte tərəfindən komandadan uzaqlaşdırılan hücumçu Dieqo Kosta barədə də fikir bildirən Azar buna üzüldüyünü söyləyib. O, braziliyalının yenidən kollektivə dönəcəyinə hələ də inanır: "Kosta ilə 3 il bir yerdə çıxış etmişik. Çempionlar Liqası istisna olmaqla, bütün turnirlərin qalibi olmuşuq. Onunla oynamaq insana zövq verir, çünki böyük futbolçu və gözəl insandı. Kostanın komandaya dönməyini istəyirəm, ancaq bu barədə qərarı mən vermirəm. Ümid edirəm ki, problem həllini tapar və tezliklə onunla yaşıl meydanlarda bir araya gələrik".
 
Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasının qrupunda ilk oyununu sentyabrın 12-də "Qarabağ"a qarşı keçirəcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR